ÜDM-GÖSTƏRİCİLƏR AÇIQLANIB
21.01.2015 869 0.0 0

2014-cü ildə ümumi daxili məhsulun miqdarı açıqlanıb.

İlkin məlumatlara görə 2014-cü ildə ölkədə 59,0 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 2,8 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6264,1 manat (7985,9 ABŞ dolları) təşkil etmiş və 2013-cü ilə nisbətən 1,5 faiz artmışdır. 
Bu dövrdə rezidentlər tərəfindən cari qiymətlərlə 87,9 milyard manatlıq məhsul və xidmətlər istehsal olunmuş, məhsul istehsalına sərf edilmiş mal və xidmətlərin dəyəri 28,9 milyard manat və ya məhsul və xidmətlər buraxılışının 32,9 faizini təşkil etmişdir. 
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyər 7,0 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 61,0 faizədək yüksəlmişdir. Ümumi daxili məhsulun 39,0 faizi neft-qaz sektorunun payına düşmüş və əvvəlki ilə nisbətən 2,9 faiz azalmışdır. 
Bu dövrdə sənayedə 24,5 milyard manatlıq, yaxud ümumi daxili məhsulun 41,5 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3,1 milyard manatlıq (müvafiq olaraq 5,3 faiz), tikintidə 7,4 milyard manatlıq (12,5 faiz) əlavə dəyər yaradılmışdır. ÜDM istehsalının 33,4 faizi xidmət sahələrinin, o cümlədən 7,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlərlərin, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsinin, 1,8 faizi informasiya və rabitə xidmətlərinin, 17,0 faizi isə sosial və digər xidmət sahələrinin payına düşmüşdür. 
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar