Üçüncü mikrorayon dairəsində qadını maşın vurub
09.11.2017 744 0.0 0

 Bakının Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1956-cı il təvəllüdlü Hüsenquliyeva Əhiya Əlmirzə qızı 3-cü mikrorayon dairəsində yolu keçmək istəyən zaman onu "90-PD-467" dövlət qeydiyyat nişanlı "Toyota Corolla" markalı minik avtomobili vurub.

Sürücü yaralını xəstəxanaya aparıb, özü polisə təslim olub.

Fakt araşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar