Uçot dərəcəsi daha iki dəfə artırılacaq- FED
15.03.2017 962 0.0 0

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) bu il ərzində uçot dərəcəsini daha iki dəfə, təxminən 1,375%-dək  artıracaq.
 
Qazeta.info APA-ya istinadla xəbər verir ki, bunu Açıq Bazar Əməliyyatları üzrə Komitə üzvlərinin əksəriyyəti proqnozlaşdırır.
 
Ötən ilin dekabrında FED 2017-сi ildə uçot dərəcəsinin 3 dəfə artırılacağını proqnozlaşdırmışdı.
 
“Artımı ABŞ iqtisadiyyatında vəziyyətin yaxşılaşması və prezident Donald Trampın iqtisadi siyasət üzrə təklifləri labüd edəcək”, deyə FED-in fevralın sonunda yaydığı məlumatda bildirilirdi.
 
Qeyd edək ki, bu gün FED uçot dərəcəsini illik 0,5-0,75% səviyyəsindən 0,75-1% faizə qədər artırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar