Türkmənistanda prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb
14.09.2016 507 0.0 0

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

 

RİA "Novosti" agentliyinə istinadən verilən məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

 

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.  

 

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

 

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

 

Artıq "yaşı 70-dən yuxarı olmayan" tələbi qanundan çıxarılıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar