Türkiyə XİN rəhbərinin Rusiyaya səfəri başlayır
13.03.2018 751 0.0 0

Martın 13-də Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlunun Rusiyaya səfəri başlayır.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, səfər çərçivəsində nazir  Türkiyə- Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına hazırlıq məsələlərini müzakirə edəcək, həmçinin Moskvada keçirilən turizm sərgisinə qatılacaq.

 

Martın 14-də M.Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrovla görüşü nəzərdə tutulub. Daha sonra türkiyəli nazir Suriya üzrə Astana formatının XİN rəhbərlərinin görüşündə iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astanaya yola düşəcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar