Türkiyə terror qurbanları yad edir
22.07.2015 500 0.0 0

 

Türkiyənin Şanlıurfa vilayətində baş verən terror qurbanları yad edilir.

Qazeta.info bildirir ki, ANS PRESS-in hadisə yerinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, anım tədbiri pratlayış baş verən yerdə təşkil edilib.

Ölkənin hər yerindən minlərlə insan terror qurbanlarını yad etmək üçün Şanlıurfaya gəlir. İnsanlar hadisənin baş verdiyi yeri ziyarət edir və ölənlərin ruhuna dualar oxuyurlar. 

Vəfat edənlərin dostları və digər ziyarətçilər hadisə baş verən yerə uşaq oyuncaqları və gül dəstələri qoyurlar.

Anım tədbirləri hadisə baş verən gündən başlayıb və bazar gününə kimi davam edəcək.

 

 

Anım tədbirindən fotolar

Türkiyədə iyulun 20-də Şanlıurfa vilayətinin Suruç rayonunda baş verən terror aktını nəticəsində 32 nəfər ölüb.

Türkiyə vaxtı ilə saat 11:50-də (Bakı vaxtı ilə 13:50) Sosialist Gənclik Dərnəkləri Federasiyasının bir qrup üzvü adı çəkilən yerdəki çay bağçasında "Kobaninin yenidən inşaası" mövzusunda mətbuat konfransı keçirən zaman hadisəsi törədilimişdi.

Türkiyənin müxtəlif yerlərindən gələn və əksəriyyəti gənclərdən ibarət olan qrup İŞİD-ın dağıtdığı Suriyanın sərhəddə yaxın yerləşən Kobani şəhərinə keçmək istəyirdi. Onların məqsədi terrordan əziyyət çəkən, ev eşiklərini, yaxınlarını itirən ailələrə yardım, uşaqlara oyuncaq aparmaq idi. 

Artıq hadisəni kimin törətdiyidə məlum olub. DNT testinin nəticələrinə görə, partlayış Şeyx Əbdurrəhman Alagöz  tərəfindən törədilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar