Türkiyə Suriyanın şimalında əməliyyata hazırdır
08.10.2019 455 0.0 0

Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında yeni əməliyyat üçün hazırlıqlarını başa çatdırıb.

Bu barədə RİA "Novosti"yə istinadən xəbər verilir.

Bundan əvvəl KİV-lər Türkiyə aviasiyasının Suriyanın Haseke əyalətindəki PYD/YPG bölmələrinin bazasına zərbələr endirdiyini barədə məlumat verib.

"Suriyalıların təhlükəsizliyini təmin etmək üçün etibarlı bölgə və dəhlizin yaradılması zəruridir. Bu, bölgəmizin sabitliyinə və əmin-amanlığına töhfə verəcək. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı heç vaxt sərhədlərimizdə terror dəhlizinin yaradılmasına imkan verməyəcək" deyə nazirlik əlavə edib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar