Türkiyə Suriya və İraqda yeni əməliyyatlara hazırlaşır
20.05.2017 683 0.0 0

Türkiyə SQ Baş Qərargahı regionda antiterror əməliyyatları ilə bağlı mümkün plan üzərində işləyib.

Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, Ankaradan hərbi mənbənin məlumatına görə, plan PKK-nın Suriya və İraqdakı düşərgələrindən olan silahlıların istənilən hücumuna qarşı qəti müqavimət əməliyyatlarını nəzərdə tutur.

Baş Qərargahın planı çərçivəsində yaradılan hərbi bazalar Suriya və İraqda əməliyyatlarla bağlı hazırlığı yekunlaşdırıb.

Anbarlar silah və sursatlarla doldurulub, sərhəd ərazilərə əlavə hərbi texnika göndərilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar