Türkiyə SQ Afrini tamamilə mühasirəyə aldı
13.03.2018 805 0.0 0

Türkiyə Silahlı Qüvvələri (SQ) və "Azad Suriya Ordusu" Afrini tamamilə mühasirəyə alıb.

Bu barədə Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verilir.

Türkiyə Silahlı Qüvvələri bu gün Afrin bölgəsinin mərkəzinə doğru yolda son yaşayış məntəqələrini də nəzarətə götürüb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar