Tarix: 24.03.2017,   Saat: 03:55, Cümə.          

Türkiyə SOCAR üçün qazın nəqlinin müddətini uzadır

 Türkiyə Respublikası "SOCAR Turkey Energy" şirkəti üçün qazın nəql müddətini uzadacaq.


Məlumata görə, bu, "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunda öz əksini tapıb.

Memoranduma əsasən, Türkiyə Respublikası "SOCAR Turkey Energy" üçün qaz nəqlinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasına və BOTAŞ-ın STPAS-BOTAŞ GSA-nın müddətinin 31 dekabr 2021-ci il tarixinə qədər uzadılmasının təmin edilməsinə də razılıq verir.

 

Xatırladaq ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sentyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi parlamentin plenar iclasının müzakirəsinə tövsiyə edilib./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 217 | Tarix: 23.09.2016, 14:36


Xəbərlər