Türkiyə Silahlı Qüvvələri 12 şəhid verib
11.02.2016 398 0.0 0

Türkiyənin Diyarbəkir vilayətində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı daha üç hərbçi şəhid olub.
 
APA-nın “Hurriyet”ə istinadən verdiyi məlumata görə, hadisə fevralın 10-da fövqəladə vəziyyətin davam etdiyi Sur rayonunda qeydə alınıb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahından bildirilib ki, terrorçularla atışmada yaralanan üç hərbçi xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, srağagün keçirilən əməliyyat zamanı isə Türkiyə Silahlı Qüvvələri 9 hərbçisini itirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar