Türkiyə Rusiyadan izahat tələb etdi
05.10.2015 498 0.0 0

Türkiyə Rusiyadan izahat tələb edib.

Məlumata görə, Türkiyə Rusiya səfirindən Rusiya hərbi təyyarəsinin Türkiyə ərazisinə idaxil olduğuna görə izahat verməyi tələb edib.

Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Rusiya təyyarəsi Türkiyənin hava məkanına soxulub. Bəyanatda Türkiyə Hərbi Hava Qüvvələrlərinin 2 ədəd F-16 qırıcı təyyarəsinin ələ keçirilməsindən də danışılır. Məsələ ilə bağlı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov izahat üçün bu ölkənin Xarici İşlər Nazirliyinə çağrılıb.

 

Türkiyənin F-16 qırıcı təyyarəsi


Rusiya təyyarələrinin Suriya ərazisində hərbi əməliyyatlar keçirməsi ilə bağlı məsələni isə Türkiyənin Xarici İşlər naziri Firudin Sınıroğlu Rusiyalı həmkarı Sergey Lavrov və NATO üzrə əsas partnyorlarla müzakirə ediblər.

Türkiyə və Qərbin bəzi ölkələri son günlərdə Rusiyanın Suriyaya hərbi müdaxiləsi qınayıblar. Xüsusən, Rusiyanın Bəşər Əsədi dəstəkləmələri onları qıcıqlandıran əsas məsələlərdəndir.

Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Moskvanın hərəkətlərini səhv adlandırıb və bundan sonra Rusiyanın təcrid olunacağını da vurğulayıb.

 

Firudin Sınıroğlu - Türkiyənin Xarici İşlər naziri və Sergey Lavrov - Rusiyanın Xarici İşlər naziri


Britaniyanın baş naziri Devid Kemeronanın sözlərinə görə isə, Rusiya İŞİD-ə deyil, əksinə, Əsədə qarşı çıxanlara zərbələr endirir: "Bununla da Əsədin hakimiyyətdə qalmasına bir növ köməklik edir", - deyə Kemeron əlavə edib.

 


Devid Kemeron - Britaniyanın baş naziri

 

Britaniyalı baş nazir müsahibəsində bildirib ki, bu "dəhşətli səhvdir" və Rusiyalı prezident Vladimir Putini "kürsünü dəyişdirməyə" və İŞİD-lə mübarizədə ABŞ və Britaniya ordusunu dəstəkləməyə çağırıb.

Rusiya tərəfi isə, ona qarşı olan iradları rədd edərək, Suriyada dinc sakinləri deyil, məhz, terroristləri güllələdiyini deyir.

Cari ilin sentiyabrın 30-da Rusiya hərbi-hava qüvvələri Suriyada ilk avizərbəsini endirib. İlk hücum Homs şəhərinin yaxınlığında həyata keçirilib. 

Daha öncə Rusiya Federasiya Şurası Suriya ərazisində Rusiyaya məxsus Hərbi Hava Qüvvələrlərindən istifadəyə razılıq verib. Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinə hərbi köməyin göstərilməsi barədə müraciət edib və müsbət cavab alıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar