Türkiyə Rusiya vətəndaşları üçün vizasız rejimin müddətini uzadır
24.04.2017 746 0.0 0

Türkiyə hökuməti Rusiya vətəndaşları üçün vizasız ölkədə qalmaq üçün maksimum müddəti 60 gündən 90 günə kimi uzadır.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyada jurnalistlərə açıqlamasında deyib.

 

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında vizasız rejim birtərəflidir. Rusiya 2016-cı ilin bir yanvarından münasibətlərdəki böhran səbəbi ilə Türkiyə ilə viza rejimini bərpa edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar