Türkiyə-Rusiya arasındakı skandala Obama münasibət bildirdi
24.11.2015 695 0.0 0

ABŞ prezidenti Barak Obama fransalı həmkarı Fransua Ollandla birgə mətbuat konfransı zamanı Türkiyənin öz hava məkanını müdafiə etmək haqqı olduğunu qeyd edib.  “Kommersant”a istinadən verdiyi xəbərə görə, bu barədə ABC telekanalı məlumat yayıb.
 
“Türkiyənin, digər ölkələr kimi, öz ərazisini və öz hava məkanını müdafiə etmək haqqı var “, deyə o qeyd edib.  Prezidentin sözlərinə görə, Rusiya Türkiyə sərhədlərinə yaxın ərazidə əməliyyatlar aparır: “Əgər Rusiya hava zərbələrini ancaq İŞİD-in mövqelərinə endirsəydi, bu insident yəqin ki baş verməzdi”.  
 
Bununla belə, ABŞ prezidenti Rusiya və Türkiyəni gərginliyin aradan qaldırılması üçün səy  göstərməyə çağırıb. Onun sözlərinə görə, təyyarə ilə bağlı insidentin baş verməsi Suriyadakı münaqişənin siyasi həllinin tapılmasını labüd edir.  
/apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar