Türkiyə qələbəsini qeyd etdi
23.06.2015 678 0.0 0
Voleybol yarışlarında güclü komandalar qarşı-qarşıya gəlib

Bakı 2015 ilk Avropa Oyunlarında dünən baş tutmuş kişilər arasında voleybol yarışları üzrə dörddəbir final mərhələsinə yüksələn Türkiyə, 5 setdən ibarət voleybol yarışında qalib olub.

Kristal Zal 1-də keçirilmiş sözügedən oyunlarda, Azərbaycan azarkeşlərin qarşısında çox çalışsa da, Türkiyə 3-2 hesabı ilə komandamızı məğlub etməyi bacarıb.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, ilk iki seti 25-18, 25-17 hesabı ilə bitirən Türkiyə yığması, 3-cü seti 25-22 hesabla öz xeyrinə yekunlaşdırıb. 4-cü seti isə azərbyacanlılar 25-21 hesabında bitirib.

5-ci set hər iki komanda üçün olduqca gərgin keçsə də, nəticə Türkiyə üçün qənaətbəxş olub. Belə ki, türk voleybolçuları son seti 25-18 hesabı ilə yekunlaşdırıb. Hər iki yığma azarkeşlər qarşısında fəxr hissi ilə oyunu bitirib.

Bu qalibiyyət, Türkiyənin voleybol üzrə yığmasına A qrupunda üçüncü yer qazandırıb. Beləliklə onlar, 24 iyun çərşənbə axşamı keçirilməsi planlaşdırılan yarışlarda ya Rusiya, ya da Bolqarıstanla üz-üzə gələcəklər.

Türkiyəli voleybolçu Caner Peksen müsahibəsində azərbaycanlı voleyboçuların güclü olduqlarını dilə gətirməklə yanaşı, azarkeşlərin dəstəyindən razı qaldığını da bildirib:

Mübarizənin çətin olacağını bilirdik. Çünki Azərbaycan güclü komandadır. Bizi dəstəkləyən azarkeşlərə minnətdarıq, oyundan həqiqətən zövq aldıq. İndi dörddəbir final mərhələsinə hazırlaşacağıq. Düşünürəm ki, növbəti oyun da çətin olacaq ancaq biz əlimizdən gələni edəcəyik.-Caner Peksen

Yerli yığmanın üzvü Tural Həsənli bildirib ki, onlar hələ gənc idmançılardır və uğurları hələ qabaqdadır:

Biz nəhayət ki, bu oyunda nəyə qadir olduğumuzu göstərə bildik. Biz əslində uduzmadıq. İnanıram ki, xalq bizi başa düşür, axı biz hələ gənc komandayıq.-Tural Həsənli

Axşam saatlarında, Rusiya ikinci oyununda qazandığı 4-cü qələbəsi ilə B qrupundakı 2-ci yerini möhkəmləndirib. Belə ki, ruslar İtaliya yığması üzərində 25-17, 25-15 və 32-30 hesabında qələbə qazanmaqla, asanlıqla dörddəbir final mərhələsinə yüksələ bilib və burada Fransa və ya Türkiyə komandası ilə üz-üzə gələcək.

Məruz qaldığı məğlubiyyət İtaliya üçün olduqca uğursuz nəticə olub. Bununla da onlar, Bakı 2015-də iştirak etdiyi 5 oyunun yalnız birində qalib ola bilib.

A qrupunda digər qarşılaşma isə Polşa ilə Finlandiya arasında baş tutub və Polşa komandasının qazandığı qalibiyyət onu qrupun liderinə çevirib.

Davam edən mübarizələrdə Fransa Serbiyanı 3-2 hesabı ilə məğlub edərək, Polşa kimi dörddəbir final mərhələsinə yüksələ bilib.

B qrupunda üz-üzə gələn Almaniya yığması Belçikanı, Bolqarıstan isə Slovakiyanı məğlub edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar