Türkiyə Prezidentini zəhərləmək istədilər
07.01.2016 530 0.0 0

Türkiyədə fəaliyyəti qadağan edilən Fəthullah Gülən hərəkatı Prezident Rəcəb Tayyib Ərdoğanı zəhərləməyi planlaşdırıbmış. Trend-in "Haber7" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu deyib.

Onun sözlərinə görə, hərəkatın bəzi üzvləri Türkiyənin dövlət strukturlarında işə düzələ biliblər: "Xüsusi xidmət orqanlarının sayıqlığı sayəsində hərəkatın üzvləri planlarını reallaşdıra bilməyiblər".

Bununla belə, nazir Prezidentin həyatına sui-qəsd planlarının təfərrüatını açıqlamayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar