Türkiyə Prezidenti: `Qüdsün tarixi və hüquqi statusuna təcavüz edilib`
13.12.2017 627 0.0 0

“Üç mədəniyyətin mərkəzi olan Qüdsün tarixi və hüquqi statusuna təcavüz edildiyini bilirik”.

Məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin bu gün İstanbulda başlayan fövqəladə Zirvə toplantısının açılışında bildirib. 

O, Qüdsü İsrailin paytaxtı kimi tanımayan və ABŞ Prezidenti Donald Trampın bununla bağlı qərarını dəstəkləməyən dövlətlərə təşəkkür edib: "Bu qərarın hüquqi qüvvəsi olmadığını bildirmişik. Bu, sülh istəyən fələstinlilərin cəzalandırılması deməkdir".

Türkiyə prezidenti 1947-ci ildən indiyədək Fələstin ərazisinin kiçildiyini əks etdirən xəritəni nümayiş etdirib və deyib: “Əvvəllər İsrailin ərazisi nə böyüklükdə idisə, indi Fələstinin ərazisi o boyda olub”.

O, Fələstində Qüds qərarına etiraz edən fələstinlilərə edilən təzyiqləri əks etdirən fotolardan danışarkən bildirib: “İsrail terrorçu dövlətdir”.

Suriyanın şimalına ABŞ-ın 4 min TIR silah göndərdiyini söyləyən R.T.Ərdoğan bu ölkədə bir terror təşkilatının başqa bir terror təşkilatı tərəfindən məhv edilməsi cəhdini kəskin tənqid edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar