Türkiyə polisi FETÖ-nün Azərbaycan üzrə təmsilçisini həbs edib
06.10.2017 793 0.0 0

 Türkiyə polisi Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycan üzrə təmsilçisini həbs edib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. 

Məlumatda ad və soyadlarının baş hərfləri qeyd olunmuş şəxsin (F.Y.) FETÖ-nün Azərbaycandakı quruculuğunda mühüm rol oynadığı bildirilib. 

Xəbərdə həmçinin barəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmiş şəxsin Türkiyə ərazisinə daxil olarkən saxlanıldığı və Ankara Şəhər Polis İdarəsinin Terrorizmlə mübarizə şöbəsinin əməkdaşlarına təhvil verildiyi qeyd edilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar