Türkiyə ordusundan daha 820 hərbçi qovuldu-Video
01.09.2016 615 0.0 0

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Quru və Dəniz Qüvvələrinin 820 hərbi qulluqçusu ordudan xaric edilib.

 

"posta.com.tr” saytına istinadən verilən xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

 

Ordudan xaric edilən 820 hərbçidən 648-i Fətullah Terror Təşkilatının (FETÖ) iyulun 15-də ölkədə hərbçi çevriliş cəhdindən sonra həbs olunub.

 

Bununla, çevriliş cəhdindən sonra ordudan xaric edilən hərbçilərin sayı 4 mini keçib./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar