Türkiyə ordusu PKK hədəflərini belə bombaladı(VİDEO)
15.09.2015 984 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin (TSK) Şimali İraqda PKK terrorçularına aid silah anbarlarını bombalamasını əks etdirən görüntülər yayılıb.

Məlumata görə, uğurlu əməliyyatda 21 döyüş təyyarəsi iştirak edib. 

F-16 və F-4 2020 tipli qırıcı təyyarələrlə bonbalanan anbarlardan 2 saatdan çox partlayış səsləri gəlib. Şimali İraqda və Kandil dağı ətrafında həyata keçirilən əməliyyatlarda ilkin məlumata görə, 60 terrorçu öldürülüb. 

Türkiyə ordusu həmçinin 21 ədəd hücum təyyarəsindən istifadə etməklə terrorçuların İraqın Kandil, Hakurk, Avaşin, Metina, Basyan, Gara və Zap bölgələrində yerləşən düşərgələrinə 64 dəfə zərəb endiriblər. Bombardımanda 80 ədəd “ağıllı bombadan”da istifadə edilib. 


Türkiyə ordusunun və polisin 22 iyuldan bəri həyata keçiridiyi əməliyyatlarda 1183 terrorçu öldürülüb. Türkiyə ordusu Dağlıca bölgəsində baş verən terror hücumlarından sonra əməliyyatlarının miqyasını artırıb. Terror hücumunda Türkiyə Silahlı Qüvvələrinə məxsus zirehli hərbi texnikanın hərəkəti zamanı yola basdırılmış təxminən 400 kq C-4 tipli partlayıcı maddə terrorçular tərəfindən partladılmışdı. Hadisə nəticəsində 16 əsgər şəhid olub./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar