Türkiyənin tanınmış aktyoru xəstəxanaya yerləşdirilib
12.02.2018 1080 0.0 0

Türkiyənin tanınmış aktyoru Kadir İnanır xəstəxanaya yerləşdirilib. 

Qazeta.info "Report" -a istinadən xəbər verir ki, həkimlər aktyorun beyin damarlarında tromp yarandığını bildiriblər. 

Təcili cərrahiyyə əməliyyatı olunan K.İnanırın müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

Həkimlər bildiriblər ki, aktyorun həyatı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, 1949-cu il təvəllüdlü K.İnanır ilk dəfə "Qara gözlüm" filmi ilə məşhurluq qazanıb. O, "Selvi Boylum Al Yazmalım", "Tatar Ramazan", "Bir Yudum Sevgi", "Ölüm Yolu, Fırtına", "Elveda Katya", "Emanet", "Kavgamız", "Katırcılar", "Bitirimler Sosyetede" və başqa ekran əsərlərində rol ifa edib. K.İnanır eyni zamanda bir çox seriallarda baş rol oynayıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar