Türkiyənin tanınmış aktyoru vəfat edib
21.01.2017 879 0.0 0

Türkiyənin tanınmış aktyoru Ayberk Atilla vəfat edib.

 

“hurriyet.com”a istinadən verilən məlumata görə, sənətçi yanvarın 21-də evində ölüb. Aktyor bir müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

 

1946-cı ildə İstanbulda anadan olan Ayberk Atilla İstanbul Universitetində təhsil alıb. Sənət karyerasına 1967-ci ildə Lalə Oraloğlu Teatrında başlayıb. Müxtəlif illərdə Türkiyənin bir neçə teatrında çalışıb.

 

A. Atilla “Səksənlər”, “Leyli və Məcnun” “Hürrəm Sultan” kimi məşhur seriallarda, o cümlədən “Sən işıldaquş gördün?”, “Orqanize işlər”, “Yuxu kimi” filmlərdə müxtəlif obrazlar yaradıb. Son olaraq, "Kiralıq aşk" teleserialında rol alıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar