Türkiyənin məşhur aktyoru vəfat edib
19.04.2017 895 0.0 0

Türkiyənin tanınmış sənətçisi Bülənt Kayabaş 72 yaşında vəfat edib.

 

“Hüriyet"ə istinadən verilən məlumata görə, aktyor aprelin 19-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. O, ağciyər xərçəngindən əziyyət çəkirdi. Sənətçi aprelin 21-də son mənzilə yola salınacaq.

 

Bülənt Kayabaş 1945-ci ildə Əskişəhərdə doğulub. 1961-ci ildən şəhər bələdiyyə teatrında işə başlayıb. İndiyədək çoxsaylı film və tamaşalarda müxtəlif obrazlar yaradıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar