Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl vəfat edib
17.06.2015 582 0.0 0

Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəlin bu gün saat 04.05-də  tənəffüs yolu infeksiyası və ürək çatmazlığı səbəbindən vəfat edib.
 Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, S. Dəmirəlin vəfatı ilə əlaqədar Ankara Güvən Xəstəxanasından açıqlama verib.
Açıqlamaya görə, Türkiyənin 9-cu Prezidenti  Süleyman Dəmirəl, 13 May 2015 tarixində böyrək çatmazlığı, ürək çatmazlığı və kəskin tənəffüs yolları infeksiyası diaqnozu ilə klinikada yerləşdirilib.

Daha sonra açıqlamada, xəstəxanaya yerləşdiyi günlərdən vəfat edənə kimi, sağlamlıq vəziyyəti gedərək ağırlaşdığı bildirilən S.Dəmirəlin müalicələri davam etdirilsə də 16 İyun 2015 tarixində tənəffüs və ürək funksiyalarında yüksək dərəcədə pisləşmə olduğu bildirilib.

Məlumata görə,edilən bütün cəhdlərə axmayaraq yaxşı nəticə əldə olunmamış və 17 İyun 2015 saat 02.05-də(Bakı vaxtı ilə 04-05-də) həyatını itirmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar