Türkiyənin baş naziri Naxçıvana səfər edib
20.12.2017 752 0.0 0

Türkiyənin baş naziri Binali Yıldırım Naxçıvana səfər edib.

 

“Anadolu” agentliyinə istinadən verilən xəbərə görə, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyənin baş nazirini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.

 

Səfər çərçivəsində Binali Yıldırım Heydər Əliyevin abidəsi önünə çələng qoyub. Bu gün V.Talıbov və B.Yıldırım arasında görüş keçiriləcək, sonra isə qonağın şərəfinə şam yeməyi veriləcək. Bu, son doqquz il ərzində Türkiyədən Naxçıvana baş nazir səviyyəsində ilk səfərdir./apa/


Digər xəbərlər:
Şərhlər
avatar