Türkiyəni qarışdıran şok görüntülər (VİDEO)
30.05.2015 1051 0.0 0

Türkiyənin müxalifət yönümlü 'Cümhuriyyət' qəzeti hökumətə məxsus yük avtomobillərinin Suriyada üsyançılara silah-sursat daşımasını əks etdirən videogörüntülərini yayımlayıb. Kadrların 2014-cü ilin yanvar ayında çəkildiyi iddia edilir.

ANS TV –nin verdiyi məlumata görə, Türkiyə polisi yük avtomobillərində aparılan axtarışlar zamanı çoxlu sayda artilleriya və minaatan mərmiləri, avtomat silah güllələri aşkarlayıb. Yük avtomobilləri kəşfiyyat polisi tərəfindən idarə olunub. Silahlar isə Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən üsyançılara çatdırılmalı imiş.

Qeyd edək ki, 2014-cü ilin mayında axtarış əməliyyatının bütün iştirakçıları - 40-a yaxın polis əməkdaşı və prokurorlar həbs olunmuş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatları ölkəyə xəyanət və casusluq adlandırmışdı. Ankara əməliyyatların hökumətə qarşı çıxan Fətullah Gülənin tərəfdarları tərəfindən icra olunduğunu bildirir.

Türkiyədə ümumi seçkilərə bir həftə qaldığı bir vaxtda belə bir görüntünün ortaya çıxması rəsmi Ankaraya qarşı fakt hesab olunur./anspress/

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar