Türkiyə mətbuatı terrorun Azərbaycanla bağlı olduğunu yazır
15.03.2016 2097 0.0 0

Türkiyənin paytaxtı Ankarada son 5 ayda 3 dəhşətli terror aktı törədildi. Bu partlayışlar nəticəsində 174 nəfər ölüb, 700-ə yaxın insan yaralanıb. Türkiyə mətbuatı hər üç terror aktının bir-biri ilə bağlantılı olduğunu yazır. Hökumətə yaxın bəzi xəbər agentlikləri son iki terror  aktının Azərbaycanla əlaqəli olduğunu xüsusi vurğulayır. Bu barədə bir az sonra danışacağıq.

İndi isə gəlin Ankaranı 5 ayda qana bulayan partlayışlara nəzər salaq.

1. Ötən il oktyabr ayının 10-da Ankarada vağzalda törədilmiş terror aktı nəticəsində 109 nəfər ölüb, 500-dən çox adam yaralanıb. Terror kamikadze insanların sıx olduğu vağzalda özünü partladıb.

2. Bu il fevralın 17-də Ankarada hərbçilərə qarşı terror aktı törədildi. Türkiyə Silahlı Qüvvələri Baş qərargahının yüksək rütbəli zabitlərini hərbi şəhərciyə daşıyan iki servis avtobusu partlayışın hədəfi oldu. Nəticədə 28 nəfər öldü, 60-dan çox insan yaralandı.

3. Və nəhayət, ötən gün, martın 13-də Ankarada baş verən terror aktı. Bu dəfəki partlayış “17 fevral” terror aktının törədildi yerdən təxminən 500 metr aralıda baş verdi: 37 ölü, 125-dən çox yaralı.

Oktyabrın 10-dakı terror aktı Türkiyənin Suriyaya hərbi müdaxilə etməsi üçün törədildiyi bildirilir. Yəni Ankaranın mərkəzində terror təşkil edənlərin hədəfi Türkiyəni Suriyaya hərbi müdaxiləyə məcbur etməkdir. Ankara isə bu variant üzərində düşünür, amma hərbi müdaxilə üçün hələlik tələsmir.

 

Ankarada terror aktı. 10 oktyabr, 2015-ci il

Terrorçular isə tələsərək və bu dəfə daha da irəli gedərək fevralın 17-də paytaxtda Silahlı Qüvvələrin hərbi qulluqçularına qarşı şiddətli partlayışla törətdi. Onlarla zabit həyatını itirdi.

Bu dəfəki terror aktının baş vermə vaxtının Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən 1 gün əvvəl seçilməsi diqqət çəkdi. Ərdoğan Bakıda mühüm görüşlər keçirəcək, qərarlar qəbul ediləcəkdi. Səfər təxirə salındı.

Türkiyə mətbuatı bu məqama çox qabartmadı. Lakin martın 13-də  Ərdoğanın Azərbaycana səfərinə 2 gün qalmış terror aktının törədilməsi son iki partlayışın Azərbaycanla əlaqəli ola biləcəyi şübhələrini xeyli artırıb.

 

Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev

Təsadüfi deyil ki, Türkiyə hökumətinə yaxınlığı ilə tanınan xəbər agentlikləri və telekanalları terrorun səfər öncəsi baş verməsini bu dəfə daha çox qabardıb. Saytlar qeyd edirlər ki, Türkiyənin Azərbaycanla daha da yaxınlaşmasını istıməyən qüvvələr Ankarya terror yolu ilə ciddi mesajlar verir.

Türkiyənin “Sabah” qəzetinin saytında dərc olunan məqalədə qeyd edilir ki, Ankaradakı son iki bombalı hücum Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri ərəfəsində baş verib.

Azərbaycanda Avropa İttifaqının Rusiyadan olan enerji aslılığından xilas edəcək TANAP layihəsinin sürətləndirilməsi üçün imzalar atılacaqdı. Son hücumdan sonra gözlər Rusiyaya çevrildi.

"Sabah" qəzetinin saytında dərc edilən xəbərHaber7 saytında dərc edilən xəbərin başlığı

 

Ərdoğan hər iki terror aktından sonra Azərbaycana səfərini təxirə saldı. Lakin İlham Əliyev bu gün Ərdoğana təklif edib ki,  Türkiyə ilə Azərbaycan arasındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası Bakı əvəzinə Ankarada keçirilsin. Türkiyə prezidenti bununla razılaşıb.

Ankarının mərkəzindəki partlayışlarda daha bir diqqət çəkən məqam var. Belə ki, terror aktından 1-2 gün əvvəl Türkiyə hökuməti bəyan etmişdi ki, ordu Şırnak vilayətində PKK terrorçularına qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq.

Bu əməliyyatlara 20 min əsgər və polis qüvvələri cəlb olunacaq. Türkiyə ordusu artıq ölkənin cənub şərqində PKK-ya ağır zərbələr vurub, bir neçə rayon terrorçulardan tamamilə təmizlənib.

 

Türkiyə ordusunun PKK qarşı əməliyyatından görüntü

Ankaradakı son partlayışla bağlı danışan Ərdoğan da bəyan edib ki, bu, Türkiyənin terrorla mübarizə əzminin sındırılmasına yönəlib. Prezident terrorçuların tamamilə təmizlənəcəyinə qədər hərbi əməliyyatların davam edəcəyini vurğulayıb. Gözlənildiyi kimi bu gün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyatlarına strat verilib./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar