Türkiyəli müğənni İbrahim Erkal dünyasını dəyişib
12.05.2017 706 0.0 0

Türkiyənin tanınmış müğənnisi İbrahim Erkal dünyasını dəyişib.

"Anadolu"ya istinadən xəbər verilir ki, Ümraniye Təhsil və Araşdırma Xəstəxanasının rəhbəri Dr. Necdet Sağlam agentliyə açıqlamasında beyin ölümü gerçəkləşən İbrahim Erkalın saat 22:10-da (Bakı vaxtı ilə 23:10) ürəyinin də dayandığını bildirərək, vəfat etdiyini söyləyib.

"Dəyərli sənətkarımız İbrahim Erkal bu gün saat 22.10-da ürəyinin də dayanması nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə və əzizlərinə səbr diləyirik", - deyə həkim bildirib.

Qeyd edək ki, iki gün əvvəl beyin ölümü gerçəkləşən İbrahim Erkalın ürək və digər orqanları tibbi dəstək sayəsində öz fəaliyyətini davam etdirirdi./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar