Türkiyə hərbi bazasına hücum edildi
25.05.2015 844 0.0 0

Türkiyə ordusu mayın 24-də ölkənin cənub-şərqindəki hərbi bazanın minaatanlardan atəşə tutulduğunu bildirib.

Məlumata görə, ordu rəsmiləri hücumun arxasında kürd yaraqlılarının durduğunu qeyd edib.

Hərbçilər insidentin Türkiyə, İraq və İran sərhəddi yaxınlığındakı Hakkari vilayətində baş verdiyini və cavab atəşi açıldığını xəbər verib.

1984-cü ildən bu yana Bölgədə kürd yaraqlıları ilə Türkiyə ordusu arasında gedən toqquşmalarda 10 minlərlə adam ölüb.

Hazırda tərəflər arasında atəşkəs rejimi mövcuddur.

Qeyd edək ki, Türkiyə rəhbərliyi mayın 26-da Hakkaridə yeni hava limanının açılışına hazırlaşır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar