Türkiyə hərbçiləri Rusiyada təlim keçəcək
07.05.2019 463 0.0 0

Rusiyadan satın alınan “S-400” zenit-raket müdafiə kompleksini (ZRK) işlədəcək Türkiyənin yüzə yaxın hərbçisinin mayın sonunda federasiyada hərbi bazalardan birində təlimi başlayacaq.

“Hurriyet”ə istinadən xəbər verilir ki, təlim, təxminən, 5 ay davam edəcək.

Rusiyanın “Rosoboronoexport” şirkəti isə məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, Rusiya "S-400"ləri Türkiyəyə bu ilin iyul ayında tədarük edəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar