Türkiyədə yeni həyəcan-AKP-yə basqın oldu (Video)
01.04.2015 679 0.0 0

Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının (AKP) binasında həyəcanlı anlar yaşanır. 

Türkiyədə hakim Ədalət və İnkişaf partiyasının binasına soxulan şəxslərlə bağlı məlumatlar yayılıb.

Məlumata görə, binadakıları çölə çıxaran iki silahlı şəxs 7 mərtəbəli binanın ən üst mərtəbəsinə çıxaraq pəncərələri sındırıb. Onlar üzərində qılınc təsviri də olan Türkiyə bayrağını pəncərədən asıblar. Hadisə yerinə çoxlu sayda polis gəlib. Silahlı şəxslərdən biri kütləyə müraciətlə nitq söyləyir. 



Qeyd edək ki, dünən İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri Çırağan ədliyyə binasına girərək prokuror Səlim Kirazı iş otağında girov götürmüşdü.

Girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb. Bir neçə saatlıq əməliyyatdan sonra 5 güllə yarası alan prokuror xəstəxanada dünyasını dəyişib./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar