Bu gün Türkiyədə sükut günüdür.
Məlumata görə, parlament seçkiləri ilə əlaqədar təşviqat kampaniyasına son qoyulub.
Seçkilərdə ölkənin ən nüfuzlu partiyaları Ədalət və İnkişaf Partiyası (AKP) ,Cühmuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Xalqların Demokratik Partiyası (HDP) və müstəqil namizədlər iştirak edir.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Konya vilayətində hakim Ədalət və İnkişaf Partiyasının tərəfdarlarına seçki kompaniyasının son müraciətini edib.
Əhməd Davudoğlu: “Yeni bir rekord vura biləcəyikmi? Bunlara hədlərini bildirəcəyikmi?. Baxçalıya hə deməyi öyrədəcəyikmi. Kılıçdaroğluna blok siyasətini unutduracayıqmı?. Bu XDP-ına terror dərsi verəcəyikmi?”.
AKP -nin seçki mitinqi
Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu isə, İzmir vilayətində tərəfarları qarşısına çıxıb.
Kamal Kılıçdaroğlu: “Noyabrın birində seçkilərə gedəcəyik. Getmək məcburiyyətindəyik. Türkiyənin taleyini dəyişdirmək məcburiyyətindəyik. Türkiyəni öz mənfəətini, ailəsini mənfəətini güdən rəhbərlərin ixtiyarına buraxa bilmərik”.
CHP -nin mitinqi
Kürdyönmülü Xalqların Demokratik Partiyasının lideri Səlahəddin Dəmirdaş Türkiyə xalqının yolayrıcında olduğunu deyib.
Səlahəddin Dəmirdaş: “Türkiyə ya bir nəfərli dikator rejiminə doğru istiqamətlənəcək, ya da bütün problemlərə baxmayaraq, problemlərin demokratik yolla həllinə tərəfdar olan bir mövqedən çıxış edəcək”.
HDP -nin mitinqi
İyulun 7-də Türkiyədə keçirilən parlament seçkilərində sürpriz partiyası olan HDP yaradıldığı tarixdən bəri 10 faizlik seçki baryerini aşmağa müvəffəq olub. Səlahəttin Demirtaşın rəhbərlik etdiyi partiya 11,3 faiz səs toplayıb. Bu nəticələrə əsasən, AKP 258,CHP 133, MHP 80, HDP 80 millət vəkili mandatı qazanmış olur. Məclis 550 deputatdan formalaşır.
Türkiyədə iyunun 7-sində keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası yetərsay səs toplaya bilməmiş, daha sonra baş nazir Əhməd Davudoğlunun koalisiya hökuməti qurmaq cəhdləri də uğursuzluqla nəticələnmişdi.
Türkiyədə koalisiya hökuməti qurulması üçün Konstitusiyada nəzərdə tutulan 45 günlük müddət 13 iyul tarixindən rəsmən başlayıb. 7 iyun parlament seçkilərində ən çox səs toplamış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu seçkidə iştirak edən digər partiyalarla görüşlər keçirdilər. Amma koalisiya qurulması barədə heç bir razılıq əldə edilməyib. Nəticədə isə 1 noyabr tarixinə təkrar parlament seçkiləri təyin edilib. Seçkilər ölkənin 81 şəhərinin hər birində keçiriləcək.
Türkiyənin xəritəsi
Türkiyə bu seçkilərə tarixinin ən qarışıq dövrü ilə gedir. Ölkədə demək olar ki, hər gün baş verən terror aktları, hərbiçi və polis ölümləri əhalinin səbrini daraldır. Bu isə hakim partiyanın mövqelərini zəiflədir. Çünki heç bir cəmiyyət ölkədə sabitlik yarada bilməyən bir sistemi dəstəkləməz.
Əvvələr terror və qarışıqlıq ölkənin şərqində baş verirdisə, indi bu hallar Türkiyənin paytaxtında və böyük şəhərlərində yaşanır. Baş verən son terror aktından sonra 100 nəfərdən çox insan həyatını itirib. Bu terror aktı ölkənin ən təhlükəsiz şəhərlərindən biri hesab edilən paytaxt Ankarada baş verib. /anspress/