Türkiyədə terror hücumu - 2 polis şəhid olub
15.12.2015 470 0.0 0

 Bu gün günorta saatlarında Türkiyənin Diyarbəkir vilayətinin Silvan rayonu ərazisində PKK terrorçuları polisə hücum edib.

 “Milliyet”ə istinadən verilən xəbərə görə, hadisə Diyarbəkir-Silvan magistralında baş verib. PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı maddə zirehli polis maşını keçən zaman uzaqdan idarə olunan pultla işə salınıb. Nəticədə maşında olan 5 polis əməkdaşı yaralanıb. Həkimlərin səylərinə baxmayaraq, yaralılardan ikisi dünyasını dəyişib. Digər 3 yaralının müalicəsi davam edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar