Türkiyədə prezident qvardiyası ləğv edilib
24.07.2016 657 0.0 0

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib.

 

Məlumata görə, bunu “A Haber” telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.

 

“Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur”, - deyə Binəli Yıldırım bildirib.  

 

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar  prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar