Türkiyədə PKK terrorçuları zərərsizləşdirilib
06.11.2019 418 0.0 0

Türkiyənin Diyarbəkir vilayətində 3 PKK terrorçusu zərərsizləşdirilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi bildirib.

Jandarma Komandanlığı tərəfindən həyata keçirilən hava əməliyyatı zamanı üç PKK terrorçusunun zərərsizləşdirildiyi bildirilir.

Regionda əməliyyat davam edir.

Xatırladaq ki, Türkiyə ilə müstəqil Kürd dövlətinin yaradılmasını tələb edən PKK arasındakı münaqişə 35 ildən çox davam edir və 40 mindən çox insanın həyatına son qoyub. PKK, BMT və Avropa Birliyi tərəfindən terror təşkilatı kimi tanınıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar