Türkiyədə partlayış, çox sayda yaralı var (VİDEO, FOTO)
05.06.2015 751 0.0 0

Türkiyənin Diyarbəkir vilayətində partlayış baş verib.

Məlumata görə, partlayış Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində olub.

Partlayış nəticəsində 10-dan çox insan yaralanıb. Yaralılar dərhal xəstəxanalara aparılıblar. Ölənlər barədə hələlik heç bir məlumat verilmir. Diyarbəkir polisi açıqlama verib ki, hadisə transformatorun partlaması nəticəsində baş verib.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək./anspress/

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar