Türkiyədə partlayış baş verib - 3 hərbçi şəhid olub
04.04.2017 742 0.0 0

Türkiyədə antiterror əməliyyatları davam edir.

 

Türkiyənin “Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, Şırnak vilayətinin Qabar dağı bölgəsində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçuların ərazidə öncədən quraşdırdıqları partlayıcı qurğu işə salınıb.

 

Nəticədə 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Əməliyyat zamanı 5 terrorçu öldürülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar