Türkiyədə oteldə partlayış (FOTO)
24.07.2015 564 0.0 0

Türkiyədə daha bir partlayış. Məlumata görə, bu dəfə partlayış hadisəsi Elazığ şəhərindəki otellərdən birində qeydə alınıb. 

Şəhərin mərkəzindəki otelin 6-cı mərtəbəsində baş verən hadisə nəticəsində 3 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb ediliblər. 

Hadisənin terror aktı olub-olmadığı bəlli deyil. Hələlik partlayışın səbəbi bilinmir. Amma hadisə yerindən çox sayda qaz çaxmağı tapıldığı açıqlanıb. 

 


Otelin qarşısında yaralıları gözləyən təcili yardım maşını


Xatırladaq ki, hazırda Türkiyədə ictimai asayişlə bağlı vəziyyət o qədər də ürəkaçan deyil. Belə ki, iyul ayının 20-də Şanlıurfada terror aktı baş verib. Kobaniyə getməyə hazırlaşan gənclərin arasında kamikadze özünü partladıb. Nəticədə 32 nəfər ölüb, 100-ə yxın adam isə yaralanıb. Hadisəni İŞİD terror qruplaşması tərəfdarının törətdiyi ehtimal edilir. 

Bundan sonra isə Şanlıurfada iki polis qaldıqları evdə qətlə yetirilib. Hadisəyə görə məsuliyyəti PKK üzərinə götürüb. 

Bu gecədən başlayaraq Türkiyə İŞİD-la silahlı mübarizəyə qoşulub. Belə ki, türk qırıcıları Suriya ilə sərhədə havaya qalxıblar. Pilotlar terrorçuların olduğu ehtimal edilən 3 məntəqəni bombalayıblar. 

Ölkədə isə terror qruplaşmaları ilə əlaqədə olduğu ehtimal edilən şəxslərin yaxalanması üçün genişmiqyaslı əməliyyat başlayıb. Ən son məlumata görə, bir canlı bomba olmağa hazırlaşan şəxs öldürülüb, 250-dən çox şübhəli həbs edilib. /anspress/

 


İsanbulda keçirilən əməliyyatdan görüntü 

 


Əməliyyatlarda 10 minə yaxın polis iştirak edib

 


250-dən çox insan saxlanılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar