Türkiyədə növbəti terror aktı
23.08.2015 631 0.0 0

Məlumata görə, Diyarbəkir vilayətində su elektrik stansiyanın tikintisinin təhlükəsizliyini qoruyan hərbçilər PKK silahlılarının hücumuna məruz qalıblar. Qulp kəndi yaxınlığında baş verən insident nəticəsində 1 əsgər şəhid olub, 3 hərbçi isə yaralanıb. Silahlıların axtarışına hərbi helikopterlər cəlb olunub.

 

Digər bir məlumatda isə ölkənin şərqində yerləşən Van bölgəsində 11 gömrükçünün və sürücünün itkin düşdüyü bildirilir. Onların Kapiköy sərhəd-keçid məntəqəsindən PKK silahlıları tərəfindən oğurlandıqları ehtimal olunur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar