Türkiyədə növbəti dəfə terror törədilib
05.01.2017 886 0

Bu gün Türkiyədə partlayış törədilib.
Türkiyənin NTV telekanalına istinadən verilən məlumata görə, İzmirdə məhkəmə binasının önündə iki avtomobil partladılıb
Hadisə yerli vaxtla saat 16 radələrində bomba yüklü avtomobillə törədilib.
APA-nın məlumatına görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.
Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan ikisi atışmada öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu polis tərəfindən axtarılır.
Partlayış nəticəsində ən azı 10 nəfər yaralanıb, yaralılardan birinin vəziyyəti ağırdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər