Türkiyədən sərt cavab gecikmədi
15.04.2015 672 0.0 0

Türkiyə Avropa Parlamentinin 1915-ci il hadisələrini “soyqırım” adlandırmasına sərt reaksiya verib. 

Məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bunlar yer alıb:

"Türkiyə - Avropa Birliyi əlaqələrinin inkişafına mane olmaqla tanınan Avropa Parlamenti daha əvvəl sınadığı kimi 1915 hadisələri mövzusunda yenidən tarix yazmağa həvəslənib. Bu həvəs erməni təbliğatını hərifbəhərif təkrarlayan gülünc bir qərarla nəticələnib. Avropa Parlamenti qəbul etdiyi qərarla, zamanında beynəlxalq hüquqa olan və səlahiyyətlərini aşaraq etmiş olduğu səhvi təkrarlamışdır. Tarixi və hüququ "qətl" edən bu mətni qəbul edənləri ciddiyə ala bilmərik". 

Türkiyənin Avropa Birliyi üzrə naziri Volkan Bozkırın yaydığı açıalamada bildirilir ki, Türkiyənin xoş niyyətinə qarşı Avropa Parlamenti bu qərarı ilə tarixi siyasətə alət etdi./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar