Türkiyədə FETÖ ilə əlaqəli həbs olunanların ümumi sayı açıqlanıb
23.11.2016 842 0.0 0

Türkiyədə FETÖ ilə əlaqəsi olmaqda ittiham edilən 36 951 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
 
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdaq bildirib.
 
“FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 92 607 barəsində istintaq tədbirləri aparılıb,  36 951 nəfər həbs edilib”, - deyə Bozdaq bildirib.   
 
Qeyd edək ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Toqquşmalarda 240-dan çox şəxs ölüb, 2 mindən çoxu yaralanıb.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar