Türkiyədə deputat deputatın ayağını dişləyib - İstintaq başladı
18.01.2017 967 0.0 0

Bir müddət öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasında Konstitusiyaya dəyişikliklər layihəsi müzakirə edilərkən CHP-li və AKP-li millət vəkilləri arasında baş vermiş davada hakim partiyadan olan deputat Məhəmməd Balta ayağını həmkarlarından birinin dişlədiyini iddia etmişdi.

“Hurriyet”ə istinadən verilən məlumata görə, millət vəkilinin şikayətindən sonra bu gün Ankara Cumhuriyyət Baş Prokurorluğunda hadisə ilə əlaqədar istintaq işi başlayıb.

Qeyd olunur ki, M. Balta ifadəsində ayağını kimin dişlədiyini bilmədiyini deyib./Qafqazinfo.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar