Türkiyə baş nazirinin Rusiyaya rəsmi səfəri başlayıb
05.12.2016 643 0.0 0

 Türkiyənin baş naziri Binəli Yıldırımın Rusiyaya rəsmi səfəri başlayıb. 

"RİA-Novosti”yə istinadən xəbər veririlr ki, bu barədə baş nazirin adminstrasiyası məlumat yayıb.

B.Yıldırımın səfərinin gündəliyində iki ölkə arasında viza rejiminin ləğvi, dövlətlər arasında ticarətin türk lirəsi və rus rublu ilə aparılması, Türkiyənin Şanxay Əməkdaşlıq Təəşkilatına üzvlüyü, Suriya və İraqdakı mövcud vəziyyətin müzakirəsi və orada terrora qarşı birgə mübarizə, müdafiə və enerji sahəsində əməkdaşlıq, ticarət sahəsində 100 milyard dollarlıq hədəfə çatmaq kimi məsələlər daxildir. 

Xəbərə görə, Türkiyənin baş naziri Tatarıstan Respublikasının paytaxtı Kazana da səfər edəcək. Orada respublikanın prezidenti Rüstəm Minnixanovla görüşəcək. Eyni zamanda, Türkiyə-Tatarıstan biznes forumunda iştirak edəcək.

Səfər dekabrın 7-dək davam edəcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar