Türkiyə Azərbaycana yeni səfir təyin edib
26.08.2016 852 0

Türkiyənin xarici ölkələrdəki 22 səfirinin yerlərinin dəyişdirilməsi barədə daha əvvəl qəbul olunmuş qərar rəsmiləşib.
Məlumata görə, qərar “Resmi Gazete”də dərc olunaraq qüvvəyə minib.
Səfirlərdən 12-si mərkəzi aparata çağırılıb. Onların arasında Azərbaycandakı səfir İsmayıl Alper Coşkun da var. Yeni səfir - Türkiyə XİN-in baş direktor müavini Erkan Özoral yaxın vaxtlarda Azərbaycanda fəaliyyətə başlayacaq./apa/
Digər xəbərlər:
Şərhlər