Türkdilli ölkələrin ortaq televiziyasının adı açıqlandı
23.08.2016 1331 0.0 0

“Türkdilli ölkələrin ortaq televiziyasının adı “İnternational turkish news channel” olacaq. Telekanal 6 dildə yayımlanacaq”.  

 

Məlumata görə, bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şura) baş katibi Ramil Həsənov deyib.

 

“Ortaq televiziyanın yaradılması ilə bağlı siyasi qərar var. Neftin qiymətinin düşməsindən sonra Qazaxıstan tərəfi prosesi bir müddət dondurmağı xahiş etdi. Televiziyanın harada yerləşəcəyi ilə bağlı məsələsi hələ tam həllini tapmayıb. Bu, Azərbaycan, Türkiyə, Qazaxıstan da ola bilər", - deyə o vurğulayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar