Türk voleybolçularının böyük qələbəsi
15.06.2015 841 0.0 0
İtalyanlar məğlubiyyəti təcrübəsizliklə əlaqələndiriblər

Bolqarıstan Kristal Zal 1-də Rusiyaya qarşı keçirilən matçda güclü oyun nümayiş etdirərək Bakı 2015-də ilk qələbəsini qazandı. Gözlənilməz nəticə dünya reytinqində 5-ci yerdə olan Rusiyanın Avropa Oyunlarında ardıcıl ikinci məğlubiyyətini rəsmiləşdirdi.

3-0 hesabı ilə başa çatan matçın ilk setində 25-16 qalib gələn Bolqarıstan komandası, ikinci setdə 7 xal geriyə düşməsinə baxmayaraq, 25-22 hesabı ilə qələbə qazandı.

B qrupu üzrə baş tutan matçın sonuncu setində onlar, Rusiya üzərində 25-22 hesablı üstünlüyə yiyələndilər.

Komandası üçün 17 xal qazanan Hristina Ruseva deyir ki, ilk oyunda məğlub olduqdan sonra onlar motivasiyanı gücləndiriblər və növbəti görüşə daha ciddi hazırlaşıblar: 

Rusiya komandası yaxşı təşkil olunmuşdu. Lakin biz onları məğlub etməyin yolunu tapdıq. Biz, onların oyunlarının videoyazılarını izlədik, taktikalarını təhlil etdik. Rusiya kimi güclü komanda üzərində qalib gəlmək bizə əminlik verir.-Hristina Ruseva

A qrupunun səhər saatlarında baş tutan matçında Türkiyə kollektivi İtaliya üzərində quru hesabla qələbə qazanıb.

Azarkeşlər tərəfindən dəstklənən Türkiyə komandası açılış oyununda Polşaya yenildikdən sonra İtaliyaya qarşı oyunda sürətli hücumlar təşkil edərək hər üç setdə, 25-16, 25-10 və 25-17 hesabları ilə qalib gəlib.

Türkiyənin təmsilçisi Güldeniz Onal Pasalıoğlu nəticəni "böyük qələbə" kimi qiymətləndirib:

Biz çox yaxşı oyun nümayiş etdirdik və müdafiə xəttinin güclü olması bizə bu oyunda kömək etdi. İtaliya yarışlara gənc heyətlə gəlib. Lakin onlar həmişə güclü rəqibdirlər. Bu, böyük qələbədir.-Güldeniz Onal Pasalıoğlu

İtalyan voleybolçularının məşqçisi Fabio Soli isə uduzmağın əsas səbəbini komandanın gənc oyunçularının təcrübəsizliyi ilə əlaqələndirir: 

"Özünə əmin olmayan idmançı uğursuzluğa məhkumdur. Bizdə də elə bu cür oldu. Bu, gənc oyunçular üçün normal haldır", - deyə məşqçi fikirlərini tamamlayıb. 

A qrupunun növbəti oyunlarında Türkiyə Belçika ilə, İtaliya isə Azərbaycanla qarşılaşacaq. B qrupunda isə Bolqarıstan Serbiyaya qarşı, Rusiya isə Xorvatiyaya qarşı mübarizə aparacaq.

 

 

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar