Türk tank və topları hücuma keçdi
16.02.2016 537 0.0 0

Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya ərazisini ağır silahlarla yenidən atəşə tutub. Məlumata görə, TSQ Kilis qəsəbəsindən sərhəd yaxınlığındakı Hələb şəhərinə bağlı Azez qəsəbəsini "Fırtına" topları ilə bombardman edib.

Türkiyə ordusu tanklarla Minaak aviabazasının ətrafında yerləşən Telrıfat ve Şavarikat bölgelerine, "Fırtına" topları ilə Akçabağlar bölgəsindən bombardman edir.

 


Bu gün səhər saatlarında Rusiya döyüş təyyarələri Kilis qaəsəbəsinin qarşı tərəfində yerləşən Azez qəsəbəsinə hücum edib. Qadın, uşaq və doğum evi ilə məktəb həyətinə atılan bombalar nəticəsində 15 nəfər həyatını itirib, 50-sən artıq insan yaralanıb.

Yaralılardan 20-si Suriya ərazisindən Türkiyəyə gətirilərək xəstəxanaya yerləşdirilib. Yaralı və ölü sayının artacağı istisna edilmir.

Türkiyə milli müdafiə naziri İsmət Yılmaz bəyan edib ki, PYD/PKK terrorçuları tərəfindən edilən hücumlara cavab olaraq Türkiyə Silahlı Qüvvələri Azez qəsəbəsini bombalayır.

 

 

Türkiyə ordusu Suriya ərazisində PKK terror təşkilatının qanadı olan PYD və YPG terrorçularını fevralın 14-dən bombardman edir.

Türkiyənin baş naziri Əhməd Davudoğlu Hərbi-Hava Qüvvələrinin YPG-nın Suriyadakı mövqelərinə zərbələr endirdiyinin səbəbini açıqlayıb.

“Dünən və bu gün PKK-nın Suriya qanadı mülki obyektləri və mötədil müxalifətinin mövqelərini bombalamaqda davam edən Rusiya aviasiyasının dəstəyi ilə Azez şəhərinə hücum edib. Məsələ ilə bağlı mövqemiz tam aydındır. Əlavə edim ki, bu hücumlar zamanı sərhədləriniz pozulub. Silahlı Qüvvələriniz, hücuma məruz qalmış tərəf kimi, lazımi tədbirlər görürlər. Bizim Silahlı Qüvvələrimiz Azez rayonunda müəyyən hədəflərə cavab zərbəsi endiriblər", - baş nazir bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar