«Turizm haqqında» yeni qanun layihəsi hazırlanıb
16.09.2016 486 0.0 0

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanmış “Turizm haqqında” qanun layihəsi ilk oxunuşda müzakirəyə çıxarılıb.

 

Məlumata görə, iclasda komitə sədri Hadi Rəcəbli bildirib ki, bu qanun layihəsi ölkə başçısının turizm sahəsinin inkişafı ilə bağlı apardığı siyasətin tərkib hissəsidir.

 

8 fəsil, 93 maddədən ibarət olan qanun layihəsində turizm sahəsi ilə bağlı bir sıra anlayışlar, görüləcək tədbirlər, dövlət reyestri, sığorta və s. məsələlər əksini tapıb.

 

Qanun layihəsi ilk oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar