Turizm cənnəti suyun altında qaldı (FOTO)
26.06.2015 974 0.0 0

Rusiyanın kurort şəhəri olan Soçidə aramsız yağan yağış daşqınlara səbəb olub. Nəticədə 400-dən çox evi su basıb. Təhlükəli zonadan onlarla insan təxliyə edilib. Daşqın nəticəsində ən çox ziyan dəymiş Adler rayonunda bir nəfərin öldüyü xəbər verilir. 

Soçi şəhərində fövqəladə vəziyyət elan edilib. Daşqının fəsadlarının aradan qaldırılmasına 470-dən çox adam və 100-dən çox texnika cəlb edilib. 


"BBC Russian"-nın yaydığı məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, bir neçə sutka ərzində aylıq norma qədər yağıntı düşüb və bir neçə çayda suyun səviyyəsi təhlükəli həddə çatıb. Xerota çayı öz məcrasından çıxıb, nəticədə dəmiryol vağzalını və hava limanını da su basıb və onların işi dayandırılıb. 

Yaxın saatlarda sinoptiklər Qara dənizdə fırtına olacağını və sahil məntəqələr üçün təhlükə törədə biləcəyini proqnozlaşdırıblar./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar